Hərəkəti əngəlləyən vertikal dirəklərin (onları blokirator və ya bollard adlandırırlar) qoyulması binaların, parklama yerlərinin girişinin terror əleyhinə müdafiəsinin müasir həll yoludur, eləcə də şəhər yollarında hərəkətin, habelə istirahət yerlərinə, park ərazilərinə, bədii-tarixi
və landşaft komplekslərinə nəqliyyatla gediş-gəlişin idarə olunmasının səmərəli həlli üçün vasitədir.
Avtomatik bollardlar
Hadisələrlə zəngin olan müasir dünyada təhlükəsizlik ön plana çıxır. Özü də söhbət təkcə evdə
təhlükəsizlikdən getmir, həm də şəhərdə və ya parkda gəzinti zamanı təhlükəsizlikdən gedir. Hərəkəti bloklayan sürürlər. Belə qurğular sırasına avtomatik şlaqbaumlar, parklama baryerləri, blokiratorlar və s. aiddir. Bəs hərəkətin bloklanmasını bütün vaxtlarda deyil, yalnız müəyyən saatlarda həyata keçirmək lazım gəldikdə nə etməli? Deyə bilərsiniz ki, bunun üçün şlaqbaumdan istifadə etmək lazımdır, amma bu, heç də bütün hallarda belə deyil. Elə hallar olur ki, müştəri ofisinin və ya avtosalonunun qarşısında avtomobillər üçün müasir görünüşlü meydança olmasını istəyir və bəzən həmin meydançadan avtomobillərin çıxıb getməsinə imkan vermək və bu zaman hər şeyi çox gözəl şəkildə, lüzumsuz çəpərlər olmadan təşkil etmək lazım gəlir. Belə hallarda nə etməli? Bu sualın cavabı belədir: bollarddan istifadə etməli. xüsusi qurğular quraşdırılmadığı təqdirdə bir çox vicdansız sürücülər avtomobillərini qazonların, parkların ərazisinə və hətta mühafizə olunan ərazilərə
Avtomatik bollard möhkəm və yaraşıqlı metaldan (qalınlığı 3 mm-dən 11 mm-dək) hazırlanmış vertikal dirəkdir, diametri 100-500 mm, hündürlüyü isə 500-1200 mm təşkil edir. Onun əsas üstünlüyü "yerə" girməsi və "yerdən" çıxmasıdır. Onun işinin mahiyyəti ondan ibarətdir ki, lazımi hallarda dirək elektrik mühərrikinin köməyi ilə xüsusi dəlikdən (gilizdən) çıxır və ya oraya daxil olur. Hər bir dirək hərəkətin başlanacağı barədə ətrafdakı insanlara xəbərdarlıq edən işıq diodları və sirena ilə təchiz olunub. Bollardın xarici görünüşündəki istənilən nüansları sifarişçinin istəyi əsasında dəyişmək olar.
Bloklamanın bu növünün üstünlükləri çoxdur. Buraya vandalizm hərəkətlərinə qarşı müdafiə xüsusiyyətləri, eləcə də velosipedçilərin, uşaq arabası ilə hərəkət edən insanların, piyadaların sərbəst hərəkət etməsinin mümkünlüyü daxildir. Bollard bağlı (qeyri-işlək) vəziyyətdə olduqda yerin səthinə çıxmır ki, bu da avtomobillərin sərbəst hərəkətinə imkan verir.