Print this page

Avtomatik şlaqbaum

  • Posted on:  Salı, 19 Kasım 2013 20:09
  • Written by 

Avtomatik şlaqbaum nəqliyyat vasitələrinin hərəkətinin təşkili və hərəkətinə nəzarət üçün tətbiq edilən ənənəvi vasitədir. Avtomatik şlaqbaum müasir təhlükəsizlik standartına uyğun elə bir avtomatik sistemdir ki, yolu tez bağlamağa, insanların və avtomobillərin yetərli təhlükəsizlik səviyyəsini imkan verir və eyni zamanda, mürəkkəb avtomatik sistem olduğuna baxmayaraq, asan və komfortlu şəkildə idarə olunur, şlaqbaumun məsafədən idarə olunaraq açılması və bağlanması isə zövqverici prosesdir. Avtomatik şlaqbaumun açılması mühafizəçi tərəfindən idarəetmə pultunun düyməsi basılmaqla, habelə kartın köməyi ilə, yaxud ötürücü brelokun pultundakı düymə basılmaqla həyata keçirilə bilər. Biz alıcılarımıza təhlükəsizlik və şlaqbaumun idarə olunması sahəsində istifadə olunan aksessuarların tam dəstini təklif edirik. 

Müasir şəhərdə şlaqbaum sənaye müəssisələrinin və təşkilatlarının, otel və bankların, logistika mərkəzlərinin və ticarət mərkəzlərinin ərazisinə daxil olmaq üçün istifadə edilir. Şlaqbaumlar şəxsi, ictimai və istehsalat ərazilərinə daxil olma prosesinə nəzarət edilməsi və onun idarə olunması üçün effektiv vasitədir. Avtomatik şlaqbaumlar kompaktdır, istifadə olunması sadədir, Azərbaycanın istənilən iqlim şəraitində yüksək sürətlə işləyir. Şlaqbaumların açılma və bağlanma müddəti müxtəlif şlaqbaum modelləri üçün mühüm parametr sayılır və 1,5 saniyədən 10 saniyəyədək müddət təşkil edir. 

Şlaqbaumun qolu müxtəlif uzunluqda ola bilər və müxtəlif modellərdə 3 metrdən 8 metrə qədərdir. Enli yolların bağlanması üçün bir-biri ilə sinxronlaşdırılan şlaqbaum cütlüyündən istifadə olunur. 

Şlaqbaumların hərəkəti üçün elektron idarəetmə blokları müxtəlif iş rejimlərinin tətbiqi imkanını təmin edir. Şlaqbaumları məsafədən idarə etmək olar və bu, düymənin basılması yolu ilə, proximity-kartların oxunması vasitəsilə, kodlu klaviaturanın və sairənin köməyi ilə həyata keçirilir. Radio-brelok şlaqbaumun hərəkətini məsafədən idarə etməyə imkan verir. İdarəetmə blokuna nəqliyyatın gediş-gəlişinin təhlükəsizliyini təmin edən müxtəlif elementlər – hərəkət hissəsinin müəyyən zonasında avtomobilin olması faktını qeydə alan induksiya detektorları, fotoelementlər və s. qoşula bilər: 

Elektron qurğular sayəsində şlaqbaumun müəyyən funksiyalarını proqramlaşdırmaq mümkündür. Məsələn, müəyyən müddət keçdikdən sonra avtomatik bağlanma funksiyası tətbiq edilə bilər; siqnal lampalarının quraşdırılması şlaqbaumun işində işıq siqnalizasiyasından istifadəni təmin edə bilər; avtomobil keçib getdikdən sonra şlaqbaum fotosensorun siqnalı əsasında bağlana bilər, ənənəvi işıqfor qurğusu isə yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin edə bilər. 

Avtomatik şlaqbaum modellərində müxtəlif detalların, məsələn, şlaqbaumun qolunda yerləşdirilən işıq siqnalizasiyası elementlərinin, pərdəciyin, mütəhərrik dayağın və təhlükəsizlik bamperinin (şlaqbaumun qolunun aşağı hissəsində yerləşdirilən rezin profilin) quraşdırılması nəzərdə tutulub. 

Avtomatik şlaqbaumlara maneənin aşkar edilməsi sisteminin quraşdırılması onların çox mühüm üstünlüyü sayıla bilər,  bu sistemin köməyi ilə insanların və avtonəqliyyat vasitələrinin təhlükəsizliyi təmin edilir. Şlaqbaumun qolunda yumşaq bamperin olması avtomobildə hətta kiçik cızıqların yaranmasını belə istisna edir. 

Read 20257 times Last modified on Pazar, 29 Aralık 2013 20:29

Related items