Rulon qapılar - Bakıda ən aşağı qiymətə.
Pəncərələr üçün qoruyucu rollara nisbətən burulub yığılan qapılar (rollet qapılar) daha möhkəm və enli profillərdən hazırlanır. Rollet bağlanarkən profillər qatlanıb xüsusi qoruyucu qutunun içərisinə rulon halında yığılır, buna görə də bu qapıları rulon qapılar da adlandırırlar. Bu qutu həm binanın bayırında, həm də içərisində quraşdırıla bilər. Rollet qapıları açmaq çox asandır, belə ki, onlar, məsələn, enli darvazalar qədər çox yer tutmur.
Rollet qapıları aşağıdakılar üçün almaq olar:
- ticarət mərkəzləri və əyləncə kompleksləri üçün;
- kotteclərdə və özəl evlərdə qarajlar üçün;
- istehsalat və anbar tikililəri üçün.
Qarajlar üçün rollet qapılar bir çox digər qaraj qapılarından fərqli olaraq çox yer tutmur və onların açılması rahatdır, belə ki, qaraj sahibi avtomobilinin zədələnməsindən qorxmadan onu bu qapıların lap yaxınlığına qədər sürə bilər.
Qarajlar üçün rollet qapılar seksiyalı qapılardan fərqli olaraq daha geniş tətbiq olunur və onların tətbiqi qapı tağlarının ölçüsündən və tikilinin bir çox digər mühəndis-konstruksiya xüsusiyyətlərindən asılı deyil. Bununla yanaşı, rollet qapıların qiyməti daha ucuzdur.
Rollet qapıları almaq
Rollet qapıları almaq üçün siz qapı yerlərinin dəqiq ölçülərini götürməlisiniz. Bu xidməti sizin üçün bizim məsləhətçi mühəndis həyata keçirə bilər. O, həmçinin sizə rollet qapıların alınması barədə məlumat verə, nümunələri göstərə və qiymətlərlə bağlı məsləhətlər verə bilər. Məsləhətçi mühəndisi dəvət etmək üçün bizə bu telefon nömrəsinə zəng vurmağınız kifayətdir: 055 260 54 65.