Pəncərələr üçün qoruyucu rollar tikilini günəşin, yağışın, küləyin təsirindən, kənar nəzərlərdən, habelə kənar şəxslərin tikiliyə daxil olmaq cəhdlərindən qorumağa xidmət edir. Rolletləri istər pəncərə, istərsə də qapı yerlərinə quraşdırmaq üçün almaq olar.
Jaluz.info şirkəti bazarda təqdim edilən bütün növ rolletlərin Sizlərə təqdim edir. Bu da layihələndirmə və komplektləşdiricilərin alışından tutmuş quraşdırmaya, zəmanət müddətində və ondan sonrakı dövrdə xidmətə qədər bütün mərhələlərdə məhsulun istehsalı prosesinə nəzarət etməyimizə imkan yaradır.
Alüminium rolletlər bir sıra üstünlüklərə malikdir ki, bu sıraya aşağıdakılar daxildir:
- korroziyaya qarşı yüksək davamlılıq;
- istənilən atmosfer yağıntılarına davamlılıq;
- konstruksiyanın olduqca möhkəmliyi və yüngüllüyü;
- etibarlılıq və uzunömürlülük;
- ekoloji zərərsizlik.
Qoruyucu rolletlərin əsas elementini yayma və ya ekstruziya üsulu ilə alüminiumdan hazırlanan rollet örtük təşkil edir.
Rolletlərin seçimi
Yayma üsulu ilə hazırlanan rolletlərin qiyməti ekstruziya üsulu ilə hazırlanan rolletlərin qiymətindən aşağıdır. Belə profillərin daxili hissəsi xüsusi doldurucu ilə (bərkimiş köpüklə) doldurulmuş olur. Bizim məhsulların çeşidində iyirmidən artıq rəngdə, o cümlədən "ağac" rəngində belə profillər var.
Rolletlərin konstruksiyasında ekstruziya üsulu ilə hazırlanan profildən istifadə olunursa, onların qiyməti xeyli yüksək olur, çünki o, bütünlüklə alüminiumdan düzəldilir və son dərəcə möhkəm olur.
Pəncərə rolletlərinin alınması üçün siz pəncərə və ya qapı yerlərinin dəqiq ölçülərini götürməlisiniz. Bu xidməti sizin üçün məsləhətçi mühəndis həyata keçirə bilər. O, həmçinin sizə qaraj üçün rolletlərin alınması barədə məlumat verə, nümunələri göstərə və qiymətlərlə bağlı məsləhətlər verə bilər. Məsləhətçi mühəndisi dəvət etmək üçün sadəcə bizə bu telefon nömrəsinə zəng vurmağınız kifayətdir: 055 260 54 65.