Qoruyucu rolletləri Bakıda istehsalçının qiymətləri ilə almaq
Qoruyucu rolletlər (rollet barmaqlıqlar) perforasiya olunmuş profillərdən ibarət rolletlər sistemidir, zərurət olduqda onlar aşağıya enərək eleqant barmaqlıqlar forması alır, yaxud yuxarıya qalxaraq yığılıb qutunun içərisinə girir. Rollet barmaqlıqlar siz mağazada olmayanda vitrinlərinizi bədəməl insanlardan qorumağa və eyni zamanda potensial alıcılarınızın sizin malları görməsinə imkan verir.
Rollet barmaqlıqları mağazalar, ticarət mərkəzlərinin şöbələri və butiklər üçün almaq olar. Onların köməyi ilə siz cəlbedici görünüşü pozmadan mallarınızı sutkanın istənilən vaxtlarında, eləcə də bayram və istirahət günlərində alıcılara nümayiş etdirə və bu zaman mallarınıza ziyan yetirilməsindən və ya onların oğurlanmasından qorxmaya bilərsiniz. Rollet barmaqlıqların cəlbedici xarici görünüşü mağazanın interyerini və ya fasadını tamamlayır və bəzəyir, habelə praktiki olaraq istənilən binanın arxitekturası ilə əla uzlaşır.
Rollet barmaqlıqları aşağıdakılar üçün əla seçimdir:
- kafe və restoranlar;
- butik və mağazalar;
- ofis və banklar;
- ticarət mərkəzləri və pavilyonlar;
- yeraltı qarajlar və parklama yerləri.
Rollet barmaqlıqlarını almaq olduqca sadə işdir – bunun üçün saytda "Ölçüləri götürənin çağırılması" formasını doldurmağınız və ya bu telefon nömrəsinə zəng vurmağınız kifayətdir: 055 260 54 65. Bizim menecerlər rollet barmaqlıqlarının variantları, müddətlər və qiymətlər barədə sizə peşəkar məsləhətlər verərlər.
http://jaluz.info/index.php/rolstavni/rolreshetki#sigProGalleria5e5647a2a0