Bizə zəng edin: (+994 55) 260 54 65 
Giriş Kayıt

Login to your account

Username
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name
Username
Password *
Verify password *
Email *
Verify email *

Vertikal jalüzlər

Yeni hazırlama texnologiyası – yeni imkanlar 

Adi pəncərə pərdələri çox vaxt istehlakçıların onlardan gözlədiyi funksiyaların çox hissəsini yerinə yetirmir. Vəziyyətdən çıxış yolu var, özü də bu yol sadədir: praktik, rahat və çoxfunksiyalı vertikal (şaquli) jalüzlərdən istifadə etmək. 

Ucuz və keyfiyyətli 

Vertikal jalüzlər qiymətlərinin olduqca münasib olması və eyni zamanda imkanlarının kifayət qədər yüksək olması ilə seçilir, belə ki, onlar aşağıdakı üstün çəhətlərə malikdir: 

  • funksionallıq; 
  • konfidensiallıq; 
  • əla dizayn; 
  • işıq axının idarə etmək qabiliyyəti.  

Bu jalüzlər çox zaman ofislərin və yaşayış yerlərinin tərtibatında istifadə olunur, belə ki, onların istifadəsi otaqları bəzəməyin və eyni zamanda günəş şüalarından qorumağın ən ucuz üsullarından  biridir. 

Rənglərin və fakturaların geniş seçimi onları praktiki olaraq istənilən interyerə (istər kafe və ya mətbəx, istərsə də istehsalat binası və ya yataq otağı, yaxud restoran və ya uşaq otağı olsun) uyğunlaşdırmaq imkanı verir 

Rütubətlilik səviyyəsi yüksək olan tikililər, məsələn, hovuz və ya vanna otağı üçün də jalüzlər almaq imkanı var. 

Aşağı qiymətlər və qısa müddətlər 

\"Jaluz.info\" şirkəti sizə müxtəlif tikililər üçün jalüzlərin zəngin çeşidini və ən müxtəlif dizayn variantlarını təklif etməkdən məmnunluq duyur! 

Bizi məhsullarımız yaraşıqlı dizaynı və hərtərəfli düşünülmüş praktik konstruksiyası ilə seçilir. 

Əməkdaşlarımızın peşəkar məsləhətləri münasib jalüzləri qısa müddətdə seçməyinizə kömək edəcək 

Əgər vertikal jalüzlər almağı planlaşdırırsınızsa, sizin üçün hansı materialın uyğun olduğunu müəyyənləşdirməyiniz zəruridir.

Bu jalüzlərin aşağıdakı növləri var: 

  • parça jalüzlər; 
  • plastik jalüzlər; 
  • elektroidarəetməli jalüzlər; 
  • alüminium jalüzlər. 

Onlar həmçinin mürəkkəb quruluşlu səthlərdə, məsələn, pəncərələrin maili və yarımdairəvi səthlərində istifadə olunur. Onların yarımdairəvi səthlərdə tətbiqi zamanı sifarişçinin təqdim etdiyi çertyojlar və ölçülər əsasında karnizin müvafiq yerləri əyilir. Maili səthlərdə isə lamellərin kip qalması və karniz boyu hərəkət etməməsi üçün xüsusi saxlayıcılardan istifadə olunur. 

Dekor elementi və günəşdən qorunma vasitəsi qismində jalüzlərin istənilən səthə quraşdırılması mümkündür. Bizim şirkət onları sizin üçün ən qısa müddətdə hazırlaya və quraşdıra bilər. 

Vertikal jalüzlərin qiyməti 

Vertikal jalüzlərin qiyməti aşağıdakı elementlərdən formalaşır: 

  • məmulatın sahəsi; 
  • seçilmiş material; 
  • ölçüləri götürənin çağırılmasının dəyəri;
  • məmulatın çatdırılmasının dəyəri; 
  • quraşdırmanın dəyəri. 

Digər şirkətlərdən fərqli olaraq \"Jaluz.info\" şirkətində ölçüləri götürənin çağırılması? məmulatın çatdırılması və quraşdırma pulsuzdur. 

Vertikal jalüzlərin qiyməti 1 kvadrat metr üçün 12 manatdan başlayır. Məsələn, standart ölçülü (1300x1300 mm) pəncərəni və ən populyar Line parçasını götürsək, ölçmə, çatdırma və quraşdırmanın bütün xərcləri daxil olmaqla yekun qiymət cəmi 21 manat təşkil edəcək. 

Yəqin razılaşarsınız ki, bu, olduqca simvolik qiymətdir. Bu əlverişli təklifin qəbulunu təxirə salmayın və elə bu gün seçiminizi edin. 

Pəncərələriniz üçün vertikal jalüzlərin qiymətini öyrənin 

Vertikal jalüzlərin almaq üçün siz onların quraşdırılacaqları yerlərin dəqiq ölçülərini götürməlisiniz. Bu xidmət bizim məsləhətçi mühəndis tərəfindən göstərilə bilər. O, həmçinin sizə Vertikal jalüzlərin alışı barədə məlumat verə, nümunələri göstərə və qiymətlərlə bağlı məsləhətlər verə bilər. Məsləhətçi mühəndisi dəvət etmək üçün bizim bu telefon nömrəmizə zəng vurmağınız kifayətdir: 055 260 54 65.

Read 14924 times
More in this category: Horizontal jalüzlər »

Son Yeniliklər