"Zebr" ("Gündüz-gecə") rulon pərdələri maksimal komfortu ilə birlikdə qeyri-adi dizaynı ilə adamı valeh edir. Onların köməyi ilə istənilən otaq üçün – mətbəx, uşaq otağı, qonaq otağı və vanna otağı üçün nəzərdə tutulan pəncərələrə maraqlı görünüş vermək olar. Onlar ofislərin, hovuzların və digər ictimai tikililərin interyerinə tamamilə yeni görünüş verir. Geniş rəng diapazonu sayəsində "Gündüz-gecə" rulon pərdələri istənilən memarlıq üslublu binalarda pəncərələrin eleqant dekoru kimi uğurla istifadə oluna bilər.
"Zebr" pərdələrinin təsviri
Bu pərdələr daha çox "Zebr" adı ilə tanınır və bu ad onların dizaynının əsas ideyasını daha yaxşı əks etdirir. Orijinal konstruksiyalı bu pərdələr ardıcıl olaraq bir-birini əvəzləyən müxtəlif fakturalı qalın parça zolaqlarından və şəffaf tordan ibarətdir. Bu maraqlı quruluşun sayəsində zolaqların yerinin dəyişdirməklə otağın işıqlandırılma səviyyəsini otağa tamamilə qaranlıq çökməsindən tutmuş otağa bütünlüklə təbii işıq dolmasına qədər dəyişmək olur.
"Zebr" pərdələrinin idarə olunması prinsipi rulon pərdələrin digər modellərinin tənzimlənməsi üsullarına bənzəmir, belə ki, burada qalın və şəffaf təbəqələr bir-birindən asılı olmadan hərəkət edir. Pəncərə jalüzləri ilə adi pərdələrin xüsusiyyətlərini özündə birləşdirməklə bu sistem işıqlandırılma səviyyəsinin dəyişdirilməsi vəzifəsini fərqli şəkildə həll edir. Adi rulon pərdələrdə otağa işığın düşməsi üçün pərdənin parçası qatılanıb yumrulandığı halda "Gündüz-gecə" pərdələrində günəş şüasının otağa düşməsi üçün pərdəni yuxarı qaldırmaq vacib deyil, sadəcə qalın zolaqların vəziyyətini dəyişmək kifayətdir. Zərurət olduqda bütün zolaqları yuxarıda yığmaqla bu pərdələrdən adi horizontal jalüzlər kimi istifadə etmək olar.
"Zebr" ("Gündüz-gecə") rulon pərdələrinin köməyi ilə sutkanın saatlarından asılı olaraq otaqda işıqlandırılma səviyyəsini tənzimləmək olar. Məsələn, onları gecə vaxtı kip örtmək, gündüz isə qalın zolaqları qaldırmaq və pəncərədə yalnız tül rolunu oynayacaq yarımşəffaf toru saxlamaq lazımdır. İçəriyə düşən gün işığı həddən artıq çox olarsa, qalın materialdan olan zolaqları bir qədər aşağı salmaqla içəridə müəyyən qədər kölgə olmasına nail olmaq və otaqda işıqla kölgələrin maraqlı oyununu yaratmaq olar.
"Gündüz-gecə" rulon pərdələri interyerdə
İnteryerin qurulması üzərində işləyən dizaynerlər bu maraqlı pərdələrin imkanlarını haqlı olaraq yüksək qiymətləndirirlər. Rəng diapazonunun genişliyi, müxtəlif çalarlı zolaqların orijinal tərzdə bir-birini əvəzləməsi sayəsində "Zebr" pərdələri istənilən interyerə dəyişiklik və yenilik gətirə bilər. Otağın xarakterindən və təyinatından asılı olaraq rəngləri seçməklə onların otağın interyerinin digər komponentləri ilə harmoniyalı şəkildə uzlaşmasına nail olmaq olar. Ardıcıl olaraq bir-birini əvəzləyən şokolad və bej rəngli, habelə yaşıl və ağ rəngli şəffaf və qalın zolaqlardan ibarət olan "Zebr" rulon pərdələri orijinal görünüşə malikdir.
"Gündüz-gecə" rulon pərdələrini almaq
Rulon Zebra pərdələr sifariş vermək üçün 055 260 54 65 nömrəsinə zəng etməniz kifayətdir. Bizim məsləhətçi mühəndis pərdələrin ölçüsünü götürərək Sizə, Rulon Zebra pərdələrin alışı barədə məlumat verə, nümunələri göstərə və qiymətlərlə bağlı məsləhətlər verə bilər.