Bizə zəng edin: (+994 55) 260 54 65 
Giriş Kayıt

Login to your account

Username
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name
Username
Password *
Verify password *
Email *
Verify email *

Rulon pərdələr

  • Posted on:  Perşembe, 14 Kasım 2013 17:36
  • Written by 

Pəncərələri düzgün və gözəl bəzəmək üçün nə etməli?

İnteryeri təmir edərkən və ya yeniləyərkən  çox vaxt bu sualla qarşılaşırıq. Bu gün bazarda bu sahədə təkliflər boldur və seçim etmək həqiqətən asan deyil. Klassik jalüzlər kimi rulon pərdələr də geniş yayılıb. Bu, bazarda nisbətən yeni məhsuldur, amma orijinal interyer elementi kimi bazarda özünə yer edə bilib. İnteryer dizaynerləri interyer dizaynının yaradılması işində rulon pərdələrdən getdikcə daha çox istifadə edirlər. 

Rulon pərdələr (onları rulon jalüzlər də adlandırırlar) praktikliyi, elitar ev mühitini və rahatlığı özündə birləşdirir. Onlar nəinki istənilən pəncərəyə estetik görünüş verir, həm də yüksək praktikliyi ilə seçilir, istənilən interyeri bəzəyir və günəş şüalarından müdafiəni təmin edir, qiyməti isə heç də yüksək deyil. 

Rulon pərdələr yataq otaqlarında istifadə üçün olduqca yararlı və rahatdır. Otağa daxil olan işıq onlardan keçir və müəyyən çalar əldə edir. Gündüz işığının yüngülcə otağa süzülməsi içəridə romantik mühit yarada bilər. 

Uşaq otağı üçün rulon pərdələr almaqla siz həmin otağı kifayət qədər işıqla təmin edə və otağa düşən işığın miqdarına nəzarət edə bilərsiniz. Üzərində hər hansı uşaq personajları olan materiallar uşaq otağı üçün əla yarayar, belə ki, bu, otağa yaraşıq verər və uşaqda yaxşı əhval-ruhiyyə yaranmasına şərait yaradar. 

Rulon pərdələrin dekorativ imkanları 

Rulon pərdələr geniş dizayn imkanlarına malikdir ki, bu da ən cəsarətli dizayn ideyalarını həyata keçirməyə imkan verir. Onlar ofis otaqlarında, mətbəxdə, yataq otağında və digər tikililərdə adi pərdələrin alternativi qismində istifadə üçün əla yarayır. Plastik pəncərələr üçün ən populyar pərdələr "kasset sistemli rulon pərdələrdir". Onlar xüsusi istiqamətləndiricilərlə təchiz olunublar ki, bunun da sayəsində onların parçası pəncərə tayına sıx yaxın olur, pəncərə tayı açıldıqda sallanmır və külək əsdikdə yellənmir. Pərdə qaldırıldıqda onun parçası pəncərənin yuxarı hissəsinə bərkidilmiş plastik və ya metal qutunun içərisinə gedir. Sistem elə qurulub ki, pərdə qaldırıldıqda parçası əzilmir. Bunun sayəsində pərdə səliqəli və xoşagələn görünüşünü qoruyub saxlayır.  

Bu pərdələrin istifadəsi həm də ona görə rahatdır ki, onlar yalnız minimal qulluq tələb edir. Pərdənin parçası yumşaq ucluğu olan tozsoranla, nəm parça ilə təmizlənə bilər, bərk çirkləndikdə isə köpüklənən xlorsuz yuyucu vasitələr tətbiq etmək olar. Köpük qalıqlarını nəm süngərin köməyi ilə təmizləmək və sonra parçanı qurutmaq olar. 

Rulon pərdələr enerjiyə qənaət rejimini təmin edir – yayda onlar otaqları birbaşa günəş şüalarından, qışda isə istiliyin itirilməsindən qoruyur. Bunun şərait yaradan səbəb ondan ibarətdir ki, pərdə ilə pəncərə şüşəsi arasındakı hava təbəqəsi əlavə istilik izolyasiyası effektini verir. Bu pərdələr sizin otaqlarınıza komfort və rahatlıq gətirər və sizin vəsaitlərinizə və vaxtınıza qənaət edir. 

Rulon pərdələrin sifarişi

Rulon pərdələr sifariş vermək üçün 055 260 54 65 nömrəsinə zəng etməniz kifayətdir. Bizim məsləhətçi mühəndis pərdələrin ölçüsünü götürərək Sizə,  Rulon pərdələrin alışı barədə məlumat verə, nümunələri göstərə və qiymətlərlə bağlı məsləhətlər verə bilər.

Read 5190 times Last modified on Cumartesi, 21 Aralık 2013 19:42

Son Yeniliklər