Bizə zəng edin: (+994 55) 260 54 65 
Giriş Kayıt

Login to your account

Username
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name
Username
Password *
Verify password *
Email *
Verify email *

Horizontal jalüzlər

  • Posted on:  Çarşamba, 13 Kasım 2013 22:23
  • Written by 

"Jaluz.info" şirkətindən horizontal jalüzlər 

Sizin kabinetinizdə və ya ofisinizdə içəriyə yüngül və seyrək işıq buraxan horizontal jalüzlər quraşdırılıbsa, o zaman kabinetiniz və ya ofisiniz daha sanballı görünəcək. Horizontal jalüzlərin istehsalında üzərinə plastika çəkilmiş alüminium lentdən, müxtəlif faktura və çalarlardan istifadə olunur. 

Bu jalüzlərin lamelləri 16 və 25 mm enində alüminium zolaqlar formasındadır və xüsusi plastik örtük bu alüminium zolaqları temperatur dəyişkənliklərindən və radiasiyadan qoruyur. Horizontal jalüzlərin istehsalında istifadə olunan ən populyar lamellər 25 mm-lik lamellərdir. Ucuz qiyməti ilə yanaşı, bu jalüzlər həm də uzunömürlü və etibarlıdır və onlara qulluq etmək asandır. Pəncərələr üçün horizontal jalüzlərdə rəng və faktura seçimi genişdir. Horizontal jalüzlərin quraşdırılması xüsusi zəhmət tələb etmir. Horizontal jalüzlərin quraşdırılması işi hansı növ jalüzün seçilməsindən və onların hansı pəncərəyə quraşdırılmasından asılıdır. Jalüzlər plastik pəncərəyə quraşdırılırsa, pəncərə çərçivəsinin plastik materialına bərkidilir, əgər pəncərə adi (taxta) pəncərədirsə, horizontal jalüzlər birbaşa divara bərkidilir. Bizdən alacağınız jalüzlər sizin interyeri tamamlayacaq, kabinetinizi və ya ofisinizi daha rahat və cəlbedici edəcək. Siz içəriyə düşən işıq axınını rəvan şəkildə tənzimləyə və bunun sayəsində əhval-ruhiyyənizi də nizama sala bilərsiniz, Biz sizin "günəş işığı" arzunuzu gerçəkləşdirməkdə sizə kömək etməyə şad olarıq. 

 

Horizontal jalüzlərin funksionallığı 

Horizontal jalüzlərin yerinə yetirdiyi geniş çeşidli funksiyalar var. Birincisi, onlar sizi kənar nəzərlərdən və günəş şüalarından qoruyur. İkincisi, horizontal jalüzlərdən otağın hissələrə ayrılması üçün arakəsmə kimi istifadə etmək olar. Bu jalüzlər otaqların dekorasiyası və təkrarsız interyerin yaradılması işinə yaxşı yarayır, unikal interyer yaratmaq üçün biz sizin xoşunuz gələn təsviri onların üzərinə həkk edə bilərik. Horizontal jalüzlərin hər bir alıcısı onların otaqda yaratdığı komfortu və rahatlığı asanlıqla duya bilər. Biz pəncərə çərçivələri arasında, pəncərənin oyuğunda və ya onun arxasında quraşdırılan bərkidicilərdən tutmuş plastik pəncərələr üçün bərkidicilərə qədər bərkidicilərin geniş çeşidini sizə təklif edirik. Biz hətta maili pəncərələrə jalüzlər quraşdıra bilərik. 

 

Plastik pəncərələr üçün jalüzlərin üstünlükləri 

  • Hətta jalüzlər bağlı vəziyyətdə olduqda belə, sizin pəncərənin altlığı sərbəst qalacaq. 
  • Pəncərə tayını açdıqda və ya qaldırdıqda jalüzlər küləyin təsiri nəticəsində yellənməyəcək və ya asılı halda qalmayacaq. 
  • Siz işıq selinin qarşısını tam kəsə bilərsiniz, belə ki, jalüzlər pəncərəyə maksimum dərəcədə yaxın yerləşdiriliblər. 
  • Sanballı və müasir xarici görünüş. 
  • Pəncərəni bağlamaq istəsəniz sizə mane olmayacaq. 
  • Hərtərəfli düşünülmüş, ucuz və uzunömürlü konstruksiya.  

 

Horizontal jalüzlərin qiyməti 

Horizontal jalüzlərin qiyməti aşağıdakı elementlərdən formalaşır: 

  • məmulatın sahəsi; 
  • seçilmiş material. 

Digər şirkətlərdən fərqli olaraq "Jaluz.info" şirkətində ölçüləri götürənin çağırılması və məmulatın çatdırılması pulsuzdur. 

Horizontal jalüzlərin qiyməti 1 kvadrat metr üçün 14 manatdan başlayır. Məsələn, standart ölçülü (1300x1300 mm) pəncərəni götürsək, ölçmə, çatdırma və quraşdırmanın bütün xərcləri daxil olmaqla horizontal jalüzlərin yekun qiymət cəmi 24 manat təşkil edəcək. 

Yəqin razılaşarsınız ki, bu, olduqca simvolik qiymətdir. Bu əlverişli təklifin qəbulunu təxirə salmayın və elə bu gün horizontal jalüzlər alın!

Read 11394 times Last modified on Pazartesi, 16 Aralık 2013 21:29

Son Yeniliklər