Fotojalüzlər - çox sərfəli qiymətə
Üzərində xoşunuza gələn təsvirlərin əks olunduğu fotojalüzləri quraşdırmaqla siz interyerinizə özəllik gətirə və fərdiyyətinizi vurğulaya bilərsiniz. Fotojalüzlərin köməyi ilə siz otağınızın tamamilə eksklüziv interyerini yarada, yaxud ofisinizə yaraşıq verə və onun firma üslubunu vurğulaya bilərsiniz. Sizin xoşunuza gələn təsvir texnoloji termoçap üsulundan istifadə edilməklə vertikal jalüzlərin və ya rulon pərdələrin üzərinə həkk olunur. Bu texnologiya təsvirin uzun müddət orijinal görünüşünü saxlamasına imkan verir, onu mexaniki təsirlərdən və günün altında solmaqdan qoruyur.
Fotojalüzlərin təsviri
Fotojalüzlər adi jalüzlərin funksionallığını, eksklüzivliyini və estetikliyini özündə birləşdirir. Mağaza üçün fotojalüzlər almaq və bu jalüzlərdə reklam banneri yerləşdirmək heç də pis variant olmazdı. Fotojalüzlərin qiyməti mürəkkəb termoçap texnologiyası səbəbindən bir qədər yüksəkdir, amma əldə edəcəyiniz nəticə məsrəflərinizi qarşılayacaq.
Fotojalüzləri almaq
Fotojalüzləri almaq üçün siz onların quraşdırılacaqları yerlərin dəqiq ölçülərini götürməlisiniz. Bu xidmət bizim məsləhətçi mühəndis tərəfindən göstərilə bilər. O, həmçinin sizə fotojalüzlərin alışı barədə məlumat verə, nümunələri göstərə və qiymətlərlə bağlı məsləhətlər verə bilər. Məsləhətçi mühəndisi dəvət etmək üçün bizim bu telefon nömrəmizə zəng vurmağınız kifayətdir: (055) 260 54 65.