Bakıda jalüzlər və pərdələr üçün avtomatika almaq
Jalüzlərə və ya rulon pərdələrə avtomatika quraşdırmaqla siz onların istismarında komfortluluq səviyyəsini artırar olar və interyerinizə prestijli görünüş vermiş olarsınız.
Jalüzləri açmaq və ya bağlamaq, yaxud otağın işıqlanma səviyyəsini artırmaq üçün hər dəfə işinizdən ayrılmağınız və pəncərəyə yaxınlaşmağınız lazım gəlməyəcək – sadəcə düyməni basmağınız kifayət edəcək. Jalüzlərin və ya pərdələrin idarə olunması məsafədən idarəetmə pultunun və ya rahat yerdə yerləşdirilən divarüstü blokun vasitəsilə həyata keçirilə bilər. Siz istər bir pəncərədə, istərsə də eyni vaxtda bütün pəncərələrdə jalüzləri aça və bağlaya bilərsiniz.
Bundan başqa, jalüzlərin avtomatik idarə olunmasına işıqlandırma sensorlarını və taymeri qoşmaq olar ki, bu da jalüzlərin işinin tam avtomatlaşdırılmasına gətirib çıxaracaq. Onlar taymerdə təyin olunmuş vaxtlarda, yaxud işıqlandırma səviyyəsindən asılı olaraq açılacaq və bağlanacaq.
Bizim şirkətdə siz elektrik idarəetməli yeni jalüzlər ala bilərsiniz, həmçinin sizin üçün əvvəllər quraşdırılmış jalüzləri elektrik idarəetmə ilə təchiz etmək olar.
Jalüzlər və pərdələr üçün avtomatikanı Bakıda ucuz qiymətə almaq çox asandır – bunun üçün 055 260 54 65 nömrəsinə zəng vurmağınız kifayətdir. Bizim menecerlər jalüzlər və pərdələr üçün avtomatikanın variantları, müddət və qiymətləri barədə sizə peşəkar məsləhətlər verərlər.
http://jaluz.info/index.php/jal-zl-r/avtomatik-jal-zl-r#sigProGalleria82a749621f