Bizə zəng edin: (+994 55) 260 54 65 
Giriş Kayıt

Login to your account

Username
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name
Username
Password *
Verify password *
Email *
Verify email *

Seksiyalı qaraj qapıları

  • Posted on:  Pazartesi, 18 Kasım 2013 19:36
  • Written by 

Qaraj qapıları kotteclərin, qarajların və parkinq yerlərinin inşasında geniş istifadə olunur. Onların üstün cəhətləri bunlardır: etibarlılıq, təhlükəsizlik, qapının hermetik örtülməsi, əla istilik izolyasiyası. 

Belə qapıların gövdəsi polad rəzələr vasitəsilə mütəhərrik şəkildə birləşdirilmiş bir neçə bölmədən (seksiyadan) ibarətdir. Qapının gövdəsi istiqamətləndiricilər boyunca hərəkət etməklə vertikal (bağlı) vəziyyətdən horizontal (açıq) vəziyyətə keçir və tavanın altına doğru gedir. Qapının gövdəsinin bu trayektoriya boyunca hərəkəti qapı boşluğunun (qapı yerinin) ölçüsünü tam həcmdə saxlamağa, qapı qarşısındakı və qarajın içərisindəki məkana qənaət etməyə imkan verir. 

Seksiya tipli qapılar ailənin bütün üzvləri üçün bu qapıların təhlükəsiz istismarını təmin edir. Qapılar məhsulların təhlükəsizliyi sahəsində Avropa İttifaqı direktivlərinə uyğundur və sınaqların protokolları bunu təsdiq edir. 

Enerjiyə qənaət edən panellərin istifadəsi və qapıların bütün perimetr boyunca kiplənməsi qarajın içərisində komfortlu temperaturu təmin edir. 

Yuxarı qalxan seksiyalı qaraj qapılarını çətinlik çəkmədən əllə açmaq və bağlamaq olur, belə ki, yaylı mexanizm onların çəkisini kompensasiya edir. Qaraj qapılarını qaldırmaq üçün 150Н-dən (≈ 15 kq) çox olmayan güc tətbiq etmək tələb olunur. 

Qaraj qapılarının seçimi

Elektrik idarəetmə ilə təchiz olunmuş seksiyalı qaraj qapıları qapıların idarə olunmasında əlavə komfortu təmin edir. Məsafədən avtomatik idarə olunan qaraj qapılarını birbaşa avtomobildən idarə etmək asan və rahatdır. Bu, xüsusən xoyuq havada – yağış və ya qar yağarkən rahatdır. Qapıları açmaq üçün sadəcə məsafədən idarəetmə pultundakı düyməni basmaq lazımdır, bu zaman qapılar açılacaq. 

Qapıların resursu 25.000 qalxma-enmə tsikli üçün nəzərdə tutulub ki, bu da təxminən 17 illik istismar müddətinə uyğun göstəricidir (bütün istismar dövrü ərzində qapıların hər gün dörd dəfə qalxıb-enməsi hesabı ilə). 

Bakıda ən münasib qiymətə Seksiyalı qaraj qapıları sifariş etmək üçün 055 260 54 65 nömrəsinə zəng edin. 

Read 7245 times Last modified on Pazar, 29 Aralık 2013 20:22
More in this category: Откатные ворота »

Son Yeniliklər